16,17,18 avqust 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)

       ISIN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nominal

Miqdar

Notun ödəniş  tarixi

7

AZ2134024705
18.08.2023

40.000.000

10.000

4.000

25.08.2023

28

AZ2135024704
16.08.2023

20.000.000

10.000

2.000

13.09.2023

84

AZ2136024703
17.08.2023

20.000.000

10.000

2.000

09.11.2023

168

AZ2137024702
16.08.2023

20.000.000

10.000

2.000

31.01.2024

252

AZ2138024701
17.08.2023

20.000.000

10.000

2.000

25.04.2024

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

7 günlük not hərracında sifarişlər 9982,5403-9985,4282 qiymət intervalında təqdim edilə bilər.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.