9 avqust və 10 avqust 2023-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaqdır.

Notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Notun müddəti (gün)

       ISIN

Hərrac

tarixi

Hərraca çıxarılan məbləğ (manat)

 

 Nomi nal

Miqdar

Notun ödəniş  tarixi

28

AZ2130024709
09.08.2023

20.000.000

10.000

2.000

06.09.2023

84

AZ2131024708
10.08.2023

20.000.000

10.000

2.000

02.11.2023

168

AZ2132024707
09.08.2023

20.000.000

10.000

2.000

24.01.2024

252

AZ2133024706
10.08.2023

20.000.000

10.000

2.000

18.04.2024

Hərracda yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar iştirak edə bilər.

Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.

Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.

Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.