6 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2012024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Hərracı zamanı 11 investor tərəfindən qiymət intervalı 95.3289 (7%) və 96.8148 (4.70%) olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50,222,300 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti  96.4227 (5.30%) və orta ölçülmüş qiyməti 96.4884 (5.20%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 15.06.2023-cü ildir

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.