3 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2126024705 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9,799.4702 (8.77%) manat və  9,819.0030 (7.9%) manat olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği  87,990,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,818.3282 (7.93%) manat və orta ölçülmüş qiyməti isə 9,818.4650 (7.92%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 26.10.2023-cü ildir.