2 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2248024708 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,174.2855 (7.97%) manat və 98,336.4746 (7.25%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 27,500,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,309.4059 (7.37%) manat, orta ölçülmüş qiyməti isə 98,316.1730 (7.34%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 25.07.2024-cü ildir.