25 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2244024702 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,174.2855 (7.97%) manat və  98,327.4501 (7.29%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 24,100,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,302.6411 (7.4%) manat, orta ölçülmüş qiyməti isə 98,308.8433 (7.37%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 18.07.2024-cü ildir.