4 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2236024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98190.0304 (7.90%) manat və  98350.00  (7.19%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 18,800,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98190.0304 (7.90%) manat, orta ölçülmüş qiyməti isə 98297.5327 (7.42%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 18,800,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 27.06.2024-cü ildir.