14 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2228024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 98,370.3315 (7.10%) manat və  98,438.1152 (6.80%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,100,000  manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,417.7703 (6.89%) manat, orta ölçülmüş qiyməti isə 98,427.8896 (6.85%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 06.06.2024-cü ildir.