1 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2203024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 98,460.7305(6.7%) manat və  98,483.3566 (6.6%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 44,000,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98,460.7305(6.7%) manat, orta ölçülmüş qiyməti isə 98,472.1462 (6.65%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 25.04.2024-cü ildir.