12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2171024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,805.5238 (8.5%) manat və  9,814.5059  (8.1%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 60,310,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,812.4834(8.19%) manat, orta ölçülmüş qiyməti isə 9,812.9566 (8.17%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 04.01.2024-cü ildir.