14 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2155024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 9,783.1404 (9.5%) manat və  9,812.2588  (8.2%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,770,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,812.0341(8.21%)manat, orta ölçülmüş qiyməti isə 9,812.1464(8.21%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 07.12.2023-cü ildir.