Azərbaycan Respublikasının Mərkəzi Bankının 7 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi haqqında məlumat

2 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2204024700 dövlət qeydiyyat nömrəli 100 milyon manat həcmində 7 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmamışdır.