8 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2149024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 7 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,982.6275 (8.95%) manat və 9,984.4686   (8 %) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 20,110,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,982.9181(8.8%) manat və orta ölçülmüş qiyməti isə 9,983.8222 (8.33%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 15.09.2023-cü ildir.