23 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2140024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,934.3998 (8.49%) manat və 9,936.0889 (8.27%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 36,700,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,935.8585 (8.3%) manat və orta ölçülmüş qiyməti 9,935.8978 (8.29%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 20.09.2023-cü ildir.