17 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2239024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 99,436.1968 (7.29%) manat və 99,512.3893 (6.30%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,200,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,440.8112 (7.23%) manat və orta ölçülmüş qiyməti 99,448.0160 (7.14%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 15.05.2024-cü ildir.