27 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2231024707 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,324.0447 (8.75%) manat və 99,477.7419 (6.75%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 65,100,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,466.9676 (6.89%) manat və orta ölçülmüş qiyməti 99,470.5774(6.84%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 24.04.2024-cü ildir.