13 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2227024703 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 99,421.0000 (7.49%) manat və 99,497.0000 (6.5%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 58,100,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,466.9676 (6.89%) manat və orta ölçülmüş qiyməti 99,474.1733 (6.8%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 10.04.2024-cü ildir.