31 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2202024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 99,420.0500 (7.50%) manat və 99,489.2883 (6.60%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,500,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,489.2883 (6.60%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 28.02.2024-cü ildir.