27 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2194024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,942.0050(7.5%) manat və 9,945.0811 (7.01%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,160,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,945.0000 (7.11%) manat və orta ölçülmüş qiyməti 9,945.0202 (7.11%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 24.01.2024-cü ildir.