5 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2109024706 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,938.2394 (7.99%) manat və 9,954.5519 (5.87%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 48,080,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 9,954.5519 (5.87%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.  

Notların ödəmə tarixi 02.08.2023-cü ildir.