31 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2148024709 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9,401.1469 (9.1%) manat və 9,407.3377 (9%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,310,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti isə 9,407.3377 (9%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 09.05.2024-cü ildir.