2 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2250024703 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 94,715.8052 (7.97%) manat və 94,980.2917 (7.55%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 22,400,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 94,828.9759 (7.79%) manat və orta ölçülmüş qiyməti 94,927.4395 (7.63%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 09.01.2025-ci ildir.