28 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2234024704 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 5 investor tərəfindən qiymət intervalı 94697.00 (8.00%) manat və 95392.5403 (6.90%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 13,600,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 94697.00 (8.00%) manat və orta ölçülmüş qiyməti 95084.297 (7.39%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 13,600,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 05.12.2024-cü ildir.