2 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2181024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,460.2905 (8.15%) manat və 9,482.2682 (7.8%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 32,710,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,463.4239 (8.1%) manat, orta ölçülmüş qiyməti isə 9,468.2403(8.02%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 11.07.2024-cü ildir.