12 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2173024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,447.7774 (8.35%) manat və 9,450.9026 (8.3%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54,270,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,447.7774 (8.35%) manat, orta ölçülmüş qiyməti isə 9,448.5380(8.34%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 20.06.2024-cü ildir.