14 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2157024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 9 investor tərəfindən qiymət intervalı 9,409.1966 (8.97%) manat və 9,434.6743 (8.56%) manat olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 57,240,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,429.1000 (8.65%) manat, orta ölçülmüş qiyməti isə 9,433.8361 (8.57%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 23.05.2024-cü ildir.