23 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2142024705 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,605.9634 (8.79%) manat və 9,616.3093 (8.55%) manat olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30,670,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,611.9958 (8.65%) manat və orta ölçülmüş qiyməti isə 9,614.7668 (8.59%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 07.02.2024-cü ildir.