9 avqust 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2132024707 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9567.00 (9.7%) manat və 9618.8992 (8.49%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,730,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9605.5328 (8.8%) manat və orta ölçülmüş qiyməti isə 9609.5425 (8.71%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 24.01.2024-cü ildir.