3 aprel 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2237024701 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 6 investor tərəfindən qiymət intervalı 96414.0405(7.97%) manat və 97056.00 (6.50%) olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 26,500,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96414.0405(7.97%) manat və orta ölçülmüş qiyməti isə 96829.694 (7.02%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 26,500,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 18.09.2024-cü ildir.