8 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2209024705 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 7 investor tərəfindən qiymət intervalı 96,619.00 (7.50%) manat və 97,012.0295 (6.60%) olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 35,800,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,968.1298(6.70%) manat və orta ölçülmüş qiyməti isə 97,001.6755 (6.62%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 25.07.2024-cü ildir.