31 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2206024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 96,596.5805 (7.55%) manat və 96,968.1298 (6.70%) olan 9 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,400,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,928.6540 (6.79%) manat və orta ölçülmüş qiyməti isə 96,961.5932 (6.71%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 17.07.2024-cü ildir.