17 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2198024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 96,510.0000(7.75%) manat və 96,858.5543 (6.95%) olan 10 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,200,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96,754.0000(7.19%) manat və orta ölçülmüş qiyməti isə 96,788.1940(7.11%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.

Notların ödəmə tarixi 03.07.2024-cü ildir.