25 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2178024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,626.2450 (8.32%) manat və 9637.9349 (8.05%) olan 6 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,190,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,633.6020 (8.15%) manat və orta ölçülmüş qiyməti isə 9,636.1018 (8.09%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 10.04.2024-cü ildir.