4 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2168024704 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,554.1402(10 %) manat və 9,640.1029 (8 %) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 55,130,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,631.8699 (8.19%) manat və orta ölçülmüş qiyməti isə 9,632.9898 (8.16%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 20.03.2024-cü ildir.