27 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2164024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 9,609.8400 (8.7%) manat və 9,637.9349 (8.05%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43,060,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,637.9349 (8.05%) manat və orta ölçülmüş qiyməti isə 9,637.9349 (8.05%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 13.03.2024-cü ildir.