13 sentyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2156024708 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9,606.3941 (8.78%) manat və 9,632.7500 (8.17%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 74,250,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,631.4370 (8.2%) manat və orta ölçülmüş qiyməti isə 9,631.5004 (8.2%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 28.02.2024-cü ildir.