Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2054008688 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin (ipoteka örtüyünə daxil olan aktivlər üzrə əsas borc ödənişlərinə bərabər hissəsinin) ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 10 oktyabr 2022-ci il tarixində AZ2054008688 İSİN-li istiqraz üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 10 oktyabr 2022-ci il tarixindən etibarən sözügedən istiqrazların nominal üzrə qalıq məbləği 934.87 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3.25%-lik faiz gəliri 934.87 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2054008688 İSİN-li istiqraz ilə ticarət edərkən istiqrazların baza qiymətinin 934.87 manat olması nəzərə alınmalıdır.