Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2042008683,  AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə 14 fevral 2024-cü il tarixində növbəti ödəniş aparılmışdır.

Növbəti faiz ödənişi dövründə 3.00%-lik faiz gəliri 604.2200 manat məbləği əsasında hesablanacaqdır.

Bakı Fond Birjasında AZ2042008683,  AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 604.2200 manat olması nəzərə alınacaqdır.