Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Məlumat üçün bildiririk ki, 22 yanvar 2014-cü il tarixində AZ2008008685 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazların buraxılış şərtlərinə uyğun olaraq dövriyyə müddətinin bitməsi ilə əlaqədar Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 21 dekabr 2023-cü il tarixində nominal dəyərinin tam ödənişi aparılmışdır.