Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə 22 dekabr 2023-cü il tarixində növbəti ödəniş aparılmışdır.

Növbəti faiz ödənişi dövründə 3.00%-lik faiz gəliri 300 manat məbləği əsasında hesablanacaqdır.

Bakı Fond Birjasında AZ2010008681, AZ2011008680, AZ2012008689 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 300 manat olması nəzərə alınacaqdır.