Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə 18 avqust 2023-cü il tarixində növbəti ödəniş aparılmışdır.

Növbəti faiz ödənişi dövründə 3.00%-lik faiz gəliri 645.6500 manat məbləği əsasında hesablanacaqdır.

Bakı Fond Birjasında AZ2042008683, AZ2043008682, AZ2044008681, AZ2045008680 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 645.6500 manat olması nəzərə alınacaqdır.