Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li dövlət qeydiyyat nömrəli ipoteka istiqrazları üzrə 3 iyul 2023-cü il tarixində növbəti ödəniş aparılmışdır.

Növbəti faiz ödənişi dövründə 3%-lik faiz gəliri 720.9818 manat məbləği əsasında hesablanacaqdır.

Bakı Fond Birjasında AZ2037008680, AZ2038008689, AZ2039008688, AZ2040008685, AZ2041008684 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 720.9818 manat olması nəzərə alınacaqdır.