Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə faiz və nominal ödənişləri barədə məlumat

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li və AZ2053008689 İSİN-li  istiqrazların emissiya prospektinə əsasən, istiqrazlar üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı istiqrazların nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondundan daxil olan məlumata əsasən, 15 avqust 2022-ci il tarixində AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 və AZ2053008689 İSİN-li istiqrazlar üzrə növbəti faiz ödənişi emitent tərəfindən həyata keçirilmişdir. Buna əsasən, 15 avqust 2022-ci il tarixindən etibarən AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazların nominal üzrə qalıq məbləği 616,23 manat, AZ2053008689 İSİN-li istiqrazın nominal üzrə qalıq məbləği isə 951,84 manat təşkil edir.

Növbəti faiz ödəniş dövründə 3.00%-lik faiz gəliri AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar üzrə 616,23 manat və AZ2053008689 İSİN-li istiqraz üzrə isə 951,84 manat məbləği əsasında hesablanacaq.

Bakı Fond Birjasında AZ2020008689, AZ2021008688, AZ2022008687, AZ2023008686 İSİN-li istiqrazlar ilə ticarət edərkən istiqrazların baza qiymətinin 616,23 manat və AZ2053008689 İSİN-li istiqraz ilə ticarət edərkən istiqrazın baza qiymətinin isə 951,84 manat olması nəzərə alınmalıdır.