28 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin tədavül müddəti 8640 gün, nominal dəyəri 1000 manat olan AZ2083008683 ISIN-li, 40,000,000 manat həcmində olan istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 3 %, faiz ödəniş dövrü isə 180 gündən bir (6 aydan bir) təşkil edir.

Hərrac zamanı sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,000,000 manat olmuşdur. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir.

 İstiqrazların  ödəmə tarixi 9 noyabr 2047-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “Unicapital İ.Ş” ASC-dir.