11 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Assist Finance İnvestisiya Şirkəti” ASC -nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilmişdir.

12 mart 2024-cü il tarixində “Assist Finance İnvestisiya Şirkəti” ASC -nin ümumi dəyəri 50 050 (əlli min əlli manat) manat olan səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İ.Ş” ASC-dir.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

 Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Səhmlərin növü və forması

Səhmlərin sayı

Nominal Dəyəri

 

Yerləşdirmə  forması

 

Anderrayter

 

AZ1002020365

Adi adlı  sənədsiz  səhm

143

(ədəd)

350

manat

Abunə yazılışı üsulu

“Assist Finance İ.Ş” ASC