Bakı Fond Birjası Asiya İnkişaf Bankının (AİB) təşkilatçılğı ilə 31 May 2022-ci il tarixində innovativ və “yaşıl maliyyə” alətlərinə həsr olunmuş “Yaşıl Maliyyə Tədbiri” tədbirində iştirakçı qismində qoşulmuşdur.

Bakı Fond Birjasının idarə heyətinin rəhbəri cənab Eldar Abdullayev mütəşəkkil kapital bazarları, bazarın cari vəziyyəti və inkişafı istiqamətləri, və  “yaşıl maliyyə” potensialı haqqında görüş iştirakçılarına məlumat vermişdir.

Qeyd edək ki, Bakı Fond Birjası və Asiya İnkişaf Bankı arasında müntəzəm əməkdaşlıq tədbirləri görülməkdədir.