“Turan Bank” ASC-nin səhmdarları Bankın nizamnamə kapitalını daha 4 milyon 998 min 840 manat və yaxud 7,14 % artıraraq 70 milyon 4 min 318 manatdan 75 milyon 3 min 158 manata çatdırmağa qərar verib.

Kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 1 082 manat olan 4 620 ədəd yeni adi, sənədsiz, adlı səhm buraxılacaq.

Qiymətli kağızları mövcud səhmdarların alacağı və yaxud kredit təşkilatına yeni səhmdar cəlb ediləcəyi hələ ki, məlum deyil.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 57,8 %-i 20 fiziki şəxsə, 42,2 %-i isə 8 hüquqi şəxsə məxsusdur.

Bu il noyabrın 6-sı saat 15:00-da “Turan Bank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilməli idi. Yığıncağın gündəliyi açıqlanmamışdı.