24 sentyabr, 2020-ci il tarixində Bakı Fond Birjasında “AzerGold” QSC-nin AZ2001019879 dövlət qeydiyyat nömrəli, 10.000.000,00 ABŞ dolları həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Belə ki, “AzerGold” QSC-nin 10  milyon ABŞ dolları məbləğində kütləvi təklif üsulu ilə ticarətə buraxılmış istiqrazları üzrə 25 milyon ABŞ dollarından yuxarı məbləğdə sifariş toplanmışdır. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 2.5 dəfə üstələmişdir

Hərrac zamanı 40 investor tərəfindən qiymət intervalı 100.0000 (4.00%) və 102.8587 (3.00%)  olan 88 sifariş təqdim edilmişdir. Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.8100  (3.71%),  orta ölçülmüş qiyməti 101.7493 (3.38%) müəyyən edilmişdir.

 Sifarişlərin nominal qiymətlə ümumi məbləği 25,592,600.00 ABŞ dolları təşkil etmişdir.   İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10,000,000.00 ABŞ dolları təşkil etmişdir.