26 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18,000,000.00 (on səkkiz milyon) manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

2021-ci ilin 4 və 5 noyabr tarixlərində Bakı Fond Birjasında Zəyəm Texnologiyalar Parkının  18,000,000.00 (on səkkiz milyon) manat dəyərində olan səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Emissiya prospektinə əsasən 4 noyabr 2021-ci il tarixində səhmlər üstünlük hüququna malik investorlar arasında yerləşdiriləcəkdir, 5 noyabr 2021-ci il tarixində isə yerləşdirilməyən səhmlər digər investorlar arasında yerləşdiriləcəkdir.

Zəyəm Texnologiyalar Parkının (ZTP) səhmlərinin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlərlə bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Qiymətli kağızın növü və forması

Qiymətli kağızların sayı

Nominal Dəyəri

Ticarətə buraxlma tarixi

AZ1001003453

Adi adlı  sənədsiz səhm

18,000,000.00

(ədəd)

1 manat

04.11.2021

  

        



    

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.