21 iyul 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Unibank Kommersiya Bankı” ASC-nin ümumi dəyəri 11,900,000.00 manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilmişdir.

4 avqust 2022-ci il tarixində “Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin  yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcəkdir. 

Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. “Unibank Kommersiya Bankı” ASC-nin səhmlərinin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlərlə bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

Qiymətli kağızın növü və forması

Qiymətli kağızların sayı

 

    
Hərrac tarixi

Nominal Dəyəri

AZ1003002024

Adi adlı  sənədsiz səhm

4,375,000

(ədəd)

04.08.2022

2.72 manat